12px14px16px18px

Qvardiola: “Barselona”dan ayrılsam da, ölmədim”

11:28 / 02.05.2012
Mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayan klubun hazırki baş məşqçisi Pep Qvardiola yenidən diqqət mərkəzinə düşüb.
Qvardiola komandasının yeni mövsümdən Tito Vilanovanın rəhbərliyi ilə də böyük uğurlara imza atacağını bildirib:
“Tito gəncdir və futbolçular onu çox yaşı tanıyırlar. İnanıram ki, “Barselona” köməkçim ilə də bir sıra uğurlar qazanacaq. Komandadan ayrıldıqdan sonra insanların mənim haqda dedikləri qürurvericidir. “Barselona”dan ayrılsam da, ölmədim, sadəcə bir qədər ara verdim”.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”nı çalışdıran Qvardiola bu komanda ilə iki dəfə Çempionlar Liqasının qalibi olub, 3 dəfə isə La Liqa çempionluğunu yaşayıb.




Bu yazı ( 18 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar