12px14px16px18px

Türkiyə Futbol Federasiyasından “Fənərbağça” ilə bağlı önəmli qərar

00:10 / 01.05.2012
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı uzun müddətdir davam edən proseslə əlaqədar ən kritik qərar açıqlanıb.
Mətbuat konfransı keçirən Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən danışılmış oyunlara cəhdlərin meydanlarda əksini tapmadığını vurğulayıb.
O, Türkiyə Futbol Federasiyası (TFF) İntizam Kodeksinin 58-ci maddəsinə xal silmə cəzasının da əlavə edildiyini söyləyib. Bundan başqa Dəmirörən Superliqada 22 oyunun TFF İntizam Komitəsinə cəlb edildiyini bildirib. İntizam Komitəsi 48 saat ərzində, yəni mayın 2-dək qərarını açıqlayacaq.
Qeyd edək ki, 58-ci maddəyə edilən dəyişiklik danışılmış oyunda iştirak edən klubun aşağı liqaya endirilməsi əvəzinə hesabındakı xallarının silinməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, adı oyun alqı-satqısında hallanan “Fənərbağça” klubunun Superliqadan I Liqaya düşürülmə ehtimalı aradan qalxıb. Klub ən pis halda xallarından silinmə ilə canını qurtaracaq.




Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar