12px14px16px18px

“Neftçi”dən çempionluq rekordu

00:09 / 01.05.2012
Bakının “Neftçi” klubu Unibank Premyer Liqasının çempionu adını qazanıb. Çempionatın sonuna 2 tur qalmış ən yaxın izləyicisini 8 xal qabaqlayan paytaxt təmsilçisi tarixində 7-ci dəfə ölkə çempionu titulunu əldə edib. Bununla da “Neftçi” özünün Azərbaycan rekordunu yeniləyib. Belə ki, digər komandalardan heç biri bu qədər çempion olmayıb. “Kəpəz” 3, “Şəmkir”, “İnter” və “Bakı” hərəyə 2, “Qarabağ”, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə qızıl medalların sahibi olub.
“Neftçi” həm də 5 illik ənənəyə son qoyub. Belə ki, 2005/06 mövsümündən başlayaraq hər il çempion dəyişirdisə, bakılılar ardıcıl 2-ci dəfə çempionluq tituluna sahib olub. Bunadək də titulunu növbəti mövsüm qoruyan son komanda “Neftçi” olmuşdu. O vaxt paytaxt təmsilçisi 2003/04 və 2004/05 mövsümlərini qazanmışdı. Ümumilikdə isə “Neftçi” 3, “Kəpəz” və “Şəmkir”in hərəyə 1 dəfə ardıcıl çempionluqları var.
Azərbaycan futbolu tarixində heç bir klub ardıcıl 3 dəfə çempion olmayıb.



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar