12px14px16px18px

Lənkəranda 25-ci “Böyük oyun”

07:17 / 21.04.2012
Həftəsonu keçiriləcək Unibank Premyer Liqasının XXIX turu “Böyük oyun”la əlamətdar olacaq. Azərbaycanda ən çox sevilən klublardan olan “Xəzər Lənkəran” və “Neftçi” növbəti dəfə üz-üzə gələcək. Oyun aprelin 22-də Lənkəranda saat 18:00-da baş tutacaq. Bir sıra məqamlarla diqqət çəkən bu dəfəki matç yubiley xarakteri daşıyır. Belə ki, ölkə futbolsevərləri 25-ci dəfə “Böyük oyun”a şahidlik edəcək. Məsələ ondadır ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi indiyədək 24 dəfə “ağ-qaralar”la qarşılaşıb. Ümumilikdə isə indiyədək “Neftçi” ilə “Xəzər Lənkəran” 22 çempionat və 2 kubok qarşılaşmasında prinsipial matça çıxıb. 25-ci oyun ərəfəsində ümumi balansda cüzi üstünlük bakılıların tərəfindədir. Daha çox heç-heçənin qeydə alındığı duellərdə “Neftçi” 7, “Xəzər Lənkəran” 6 qələbə qazanıbsa 11 matç “sülh”lə bitib. Bakılıların 25 qoluna “Xəzər Lənkəran” 21 dəfə cavab verib. Lənkərandakı görüşlərdə isə Lənkəran klubu üstünlüyə malikdir. “Xəzər Lənkəran” ev sahibi olduğu 11 qarşılaşmada 4, qonaqlar isə bunun yarısı qədər – 2 dəfə qalib gəlib. 5 dəfə qalibi müəyyənləşdirə bilməyən rəqiblərin duellərində meydan sahibləri 9, qonaqlar isə 6 dəfə qol vurub. “Neftçi” bu dəfəki “Böyük oyun”un keçiriləcəyi Lənkəran şəhər stadionunda qələbə qazana bilməyib. Bakılılar hər 2 qələbəsini Lənkəran Olimpiya İdman Kompleksinin arenasında qeyd edib. Sonuncu belə hal isə 5 il əvvələ təsadüf edib. 2007-ci il noyabrın 10-dan sonra isə “Neftçi” Lənkəranda qələbə görməyib.







Bu yazı ( 30 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar