12px14px16px18px

AFFA Unibank Premyer Liqada şübhəli oyunları araşdırır

RAMİN MUSAYEV: “AZƏRBAYCAN ÇEMPİONATINDA DANIŞILMIŞ OYUNLARDAN SÖHBƏT GEDƏ BİLMƏZ”

14:05 / 18.04.2012
UEFA tərəfindən Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi 2011-ci ilin sentyabr ayında UEFA üzvü olan assosiasiyalarda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə nümayəndələrin təyin olunmasını göstərmək olar. Həmin nümayəndələr bir sıra mənbələrdən, o cümlədən UEFA-dan daxil olmuş məlumatlar əsasında idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış matçlarla bağlı araşdırma aparır və bu araşdırmaların nəticələri barədə yerli assosiasiya rəhbərliyini və UEFA-nı məlumatlandırır. UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev kuratorluq etdiyi sahə ilə bağlı görülən tədbirlərlə əlaqədar fikri affa.az saytına bildirib. Onun verdiyi məlumata əsasən Unibank Premyer Liqanın bir sıra oyunlarının nəticələrinin də əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olub. Bunu araşdırmaq və şübhəli oyunları təhlil etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edərək, onların rəylərini də nəzərə almaqla müvafiq qərar qəbul edəcək. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək. “Azərbaycan çempionatında heç bir danışılmış oyunlardan söhbət gedə bilməz. Heç bir kluba icazə verilməz ki, hansısa danışılmış oyunlarda iştirak etsin. Bu cür halların qarşısını almaq üçün hər zaman tədbirlər görmüşük”. Qol.Az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Unibank Premyer Liqanın bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olması barədə danışarkən deyib. PFL prezidenti rəhbərlik etdiyi qurumun nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş oyunlarla bağlı daim araşdırmalar apardıqlarını bildirib: “Əgər belə bir fakt öz təsdiqini taparsa, istənilən klub öz cəzasını alacaq. Əgər həmin klublar yüksək liqada mübarizə aparırsa, birinci diviziona göndəriləcək”.





Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar