12px14px16px18px

FİFA-nın fəxri prezidenti ölüm ayağında

00:01 / 12.04.2012
FİFA-nın sabiq prezidenti Joao Avelanjın vəziyyəti daha da pisləyib. “Reuters”in verdiyi məlumata görə, 95 yaşlı futbol xadimi intensiv terapiya palatasına keçirilib. Braziliyalı 3 həftə öncə sağ topuq çıxıntısının infeksion artriti diaqnozu ilə Rio-de-Janeyrodakı “Samartano” xəstəxanasına çatdırılıb. 1 həftə öncə Avelanj reanimasiyadan ümumi palataya köçürülüb. Lakin ötən gecə onun ürək və nəfəsalma ilə bağlı problemləri yaranıb. Xəstəxanadan bildirilib ki, FİFA-nın fəxri prezidentinin vəziyyəti çox ciddidir. Qeyd edək ki, Joao Avelanj 24 il (1974 – 1998) FİFA-ya rəhbərlik edib. O, 2011-ci ilin dekabrında səhhətindəki problemləri əsas gətirərək, Beynəlxalq Olimpiya Komitəsi üzvlüyündən istefa verib.



Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar