12px14px16px18px

Millimiz FİFA reytinqində irəlilədi

00:01 / 12.04.2012
FİFA bu gün milli komandaların aprel ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Milli komandamız ötən ayla müqayisədə 6 pillə irəliləyərək 305 xalla 110-cu yerə yüksəlib. DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya milisinə məxsusdur. Priney təmsilçisi 2 pillə irəliləyərək 1190 xalla 5-ci yerdə qərarlaşıb.
Rusiya millisi isə də ötən ayla müqayisədə bir pillə irəliləyib. Dik Advokatın komandası 1049 xalla 11-ci pilləyə yüksəlib. Digər rəqibləmizdən İsrail 58-ci (-20), Şimali İrlandiya 100-cü (-13), Lüksemburq isə 119-cu (+8) pillədə qərarlaşıb.
Ümumilikdə isə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1442 xalla 1-ci pillədəki mövqelərini qoruyublar. Almaniya yığması isə bir pillə irəliləyərək ikinci yerə yüksəlib. Əvəzində Niderland millisi 4-cü pilləyə enib. 3-cü pilləni isə Uruqvay millisi tutub.



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar