12px14px16px18px

Azərbaycanda ilk dəfə

ÖLKƏMİZDƏ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ PEŞƏKAR VELOSİPED YARIŞI – BEYNƏLXALQ VELOTUR KEÇİRİLƏCƏK

12:04 / 06.04.2012
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur 9-13 may 2012-ci il tarixlərində keçiriləcək. Tur Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarış olacaq. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən Bakı şəhərində yekunlaşacaq.
Bakıdan Bakıya
Bakıda keçiriləcək komanda yarışlarından sonra, peloton – velosiped idmanında əsas yarışçı qrupu belə adlanır – Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək. 2-ci, 3-cü və 4-cü mərhələlər ölkəmizin mənzərəli güşələrindən keçməklə İsmayıllı və Qəbələ şəhərlərində başa çatacaq. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq və final mərhələsi paytaxtımızın mərkəzi küçələrində keçiriləcək.
Yarış haqqında
“Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur” Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid UCİ Kontinental Turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaq.
Yarışın təşkilatçıları Azərbaycan Velosiped idmanı Federasiyası, Gənclər və İdman Nazidliyi və Almaniyanın “FreundeEventlogistik” şirkətidir. Veloturun marşrutu çoxsaylı beynəlxalq yarışların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya Çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılıb.



Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar