12px14px16px18px

Namiq Yusifov: “Bu, bizim əleyhimizə ola bilər”

12:04 / 06.04.2012
Unibank Premyer Liqanın XXVII turu çərçivəsində “Qarabağ” klubu aprelin 7-də “İnter”in qonağı olacaq.
Hazırda 2-ci pillədə qərarlaşan komandadan “bankir”lər sadəcə 1 xal geridə qalır.
“Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Namiq Yusifov görüşlə bağlı fikirlərini bölüşüb:
“İnter”lə oyun çox çətin olacaq. Rəqibimiz heç şübhəsiz, cari mövsüm ən böyük sürprizə imza atmış komandadır. Olduqca mobil təsir bağışlayırlar. Bu heyətlə çempionluğa oynayacaqlarını yayda heç kim gözləmirdi. Amma göründüyü kimi Kaxaber Sxadadzenin yetirmələri çoxlarına baş ağrısı oldu. Düzdür, son zamanlar elə də qənaətbəxş çıxış etmirlər. İndi vəziyyəti düzəltmək üçün daha çox çalışacaqlar. Bu, bizim əleyhimizə ola bilər. Ona görə də oyuna maksimum köklənməliyik. Biz də uzun müddətdir məğlub olmuruq. Bu haqda düşünmürük də. Amma futbolda hər şey olur. Meydana qələbə üçün çıxacağıq. Ancaq məlumdur ki, “İnter” evdə qələbə qazanmaq üçün hər şey edəcək. Bizi olduqca gərgin bir oyun bizi gözləyir”.




Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar