12px14px16px18px

“UEFA “Real” – “Barselona” finalı üçün əlindən gələni edir”

12:03 / 06.04.2012
“Milan” klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç “Barselona” ilə oyundan (1:3) sonra sərt açıqlamaları ilə diqqət çəkib.
İsveçli futbolçu “Barselona”ya məğlubiyyətdə hakimlərlə yanaşı, UEFA-nı da günahlandırıb:“Matçın hakimliyini hər kəs gördü. Sanki meydana məğlub olmaq üçün çıxmışdıq. UEFA “Real” – “Barselona” finalı üçün əlindən gələni edir. Bu, yanlış addımdır. Üstəlik bu oyundan sonra Joze Mourinyonun “Nou Kamp”da nələr yaşadığını daha yaxşı anladım”.
Qeyd edək ki, “Milan” cavab görüşündə “Barselona”ya 1:3 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.




Bu yazı ( 49 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar