12px14px16px18px

AFFA “İnter”ə ağır cəza verdi

00:34 / 04.04.2012
AFFA İntizam Komitəsinin iclasında ötən həftə Azərbaycan Kuboku və Unibank Premyer Liqanın 26-cı turu çərçivəsində baş tutmuş “Xəzər Lənkəran” – “İnter” oyunlarındakı hadisələrə baxılaraq qərarlar çıxarılıb. Kubokun 1/4 final mərhələsinin 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Qərarda qeyd olunub ki, Unibank Premyer Liqanın XXVI turunun “Xəzər Lənkəran” – “İnter” matçı başa çatdıqdan sonra paytaxt klubu hakimliklə bağlı öz etirazını bildirib. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra cərimə və cəzaları tətbiq edib. “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 28-ci və 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib. Oyunun 41-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Əziz Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Stefan Bates əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Matçın 85-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Valeri Abramidze hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəza alıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyun başa çatdıqdan sonra hər iki klubun baş məşqçisi bir-birinə qarşı qeyri-etik munasibət bildirdiyi üçün hər iki məqşçiyə ciddi xəbərdarlıq edilib. Analoji hadisənin baş verəcəyi təqdirdə hər iki məşqçi ciddi cəzalanacaq. Matçın hakimi haqqında Hakimlər Komitəsi, matçın hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsinin lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat vermək tapşırılıb. Ölkə kubokunun AZAL – “Bakı” matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində AZAL klubunun 10 nömrəli futbolçusu Nuqzar Kvirtiya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib. “Neftçi” – “Kəpəz” matçı başa çatdıqdan sonra matçın protokolunda “Neftçi” klubu matçın yekunu ilə bağlı öz etirazını bildirmişdi. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq edib: Matçın 79-cu dəqiqəsində “Kəpəz” klubunun 5 nömrəli futbolçusu Əli İsmayılov “Neftçi” klubunun 19 ömrəli futbolçusu Mirhüseyn Seyidova qarşı aqressiv hərəkət etdiyinə görə, “Neftçi” klubunun futbolçusu isə onu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, “Kəpəz”ə 3000 manat, “Neftçi” klubuna isə 2000 manat cəza kəsilib. Hər iki futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və hər iki futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdır. Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Unibank Premyer Liqanın XXVI turunun “Bakı” – “Qəbələ” matçının 58-ci dəqiqəsində Bakı klubunun nümayəndəsi Vüqar Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adı çəkilən şəxs 1 oyunluq cəzalanır, klub 1000 manat cərimələnib. “Qarabağ” – “Neftçi” matçının 8-ci dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün kluba 1000 manat cəza kəsilib.


Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar