12px14px16px18px

Roberto Mansini:“Balotelliyə güvənmirəm”

00:39 / 03.04.2012
“Mançester Siti” klubunun baş məşqçisi Roberto Mansini komandasının qalmaqallı hücumçusu Mario Balotelli haqda danışıb. İtaliyalı mütəxəssis Balotelliyə güvənmədiyini bildirib: “Balotelli”yə güvənmirəm. Kimsənin də ona güvənəcəyinə inanmıram. Balotelli çox istedadlı futbolçudur. O, qarşıdakı oyunlarda 3 qol birdən vura bilər. Ancaq onun matçın sonunda qırmızı vərəqə ilə meydandan qovulması da istisna deyil. Ona görə də, Balotelliyə güvənməkdə tərəddüd edirəm”.
Qeyd edək ki, Mansini daha öncə məşq prosesində lazımi səviyyədə iştirak etmədiyi üçün Balotellini oradan qovmuşdu.



Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar