12px14px16px18px

Kliçkonun medalı 1 milyon dollara satıldı

12:28 / 31.03.2012
Ukraynalı ağır çəkili boksçu Vladimir Kliçko 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalı xeyriyyə məqsədilə hərracda satıb və dərhal geri alıb.Medala 1 milyon dollar xərcləyən naməlum şəxs mükafatın elə Kliçkonun özündə qalmasını qərara alıb. O, boksçuya və ailəsinə hörmət əlaməti kimi bu addımı atdığını bildirib. Alveri isə kiçik Kliçkonun özü dayandırıb. Vladimir səhnəyə qalxaraq deyib ki, naməlum alıcı onun qızıl medalına 1 milyon dollar xərcləməyə hazırdır. Bundan sonra alıcının nümayəndəsi mükafatın boksçuda qalmasına qərar verildiyini bəyan edib. Kliçko deyib: “Atlanta olimpiadasında qazandığım qızıl medal peşəkar boksda həm mənə, həm də böyük qardaşıma uğur gətirdi. Arzumuz reallığa çevrildi. Xeyirxah insanın xərclədiyi vəsait sayəsində biz 100 minlərlə ukraynalı uşağın arzusunu da həyata keçirə bilərik. Bu uşaqlar, onların valideynləri və müəllimləri adından laqeyd qalmadığınız üçün sizə minnətdaram”.
Qeyd edək ki, martın 29-da Ukraynanın paytaxtı Kiyevdə keçirilən xeyriyyə auksionunda 1,5 milyon dollardan çox gəlir əldə olunub. Medaldan əlavə Vitali Kliçkonun barmaq izlərinin təsvir olunduğu brilyant saat, qardaşlardan birinin döyüşü zamanı çəkilmiş şəkil də satılıb.



Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar