Ronaldoya fantastik təklif
12:27 / 31.03.2012
“Real” (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo daha bir təklif alıb. “Goal.com”un verdiyi məlumata görə, “Mançester Siti” klubu mövsümün sonunda portuqaliyalı futbolçunu heyətinə qatmağı planlaşdırır. Mançester təmsilçisi Ronaldoya fantastik təklif irəli sürüb. Klub rəhbərliyi 27 yaşlı futbolçunun transferi üçün 94 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Üstəlik Ronaldo “Mançester Siti”də çıxış edəcəyi təqdirdə həftəyə 400-500 min funt-sterlinq maaş alacaq.
Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində “Mançester Yunayted”dən “Real”a transfer olunub.Bu yazı ( 166 ) - dəfə oxunmuşdur