12px14px16px18px

Fransa millisinin baş məşqçisi “Çelsi” yolunda

10:00 / 28.03.2012
Fransa milli komandasının baş məşqçisi Loran Blanın Avro-2012-dən sonra komandadan ayrılacağı iddia olunur.
“The Times” qəzetinin məlumatına görə, “Çelsi” klubunun sahibi Roman Abramoviç fransalı mütəxəssisi komandaya gətirməyi planlaşdırır. Daha öncə Joze Mourinyo və Pep Qvardiola ilə anlaşa bilməyən rəhbərlik bütün diqqətini Blana yönəldib. Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatından sonra Blanın “Çelsi”nin baş məşqçi postuna keçəcəyi bildirilir.
Qeyd edək ki, Blan “Çelsi”ni çalışdıracağı təqdirdə ilinə 10 milyon avro qazanacaq ki, bu da 46 yaşlı mütəxəssisi Mourinyo ilə birgə ən çox qazanan məşqçi edəcək.



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar