12px14px16px18px

Blatter: “Həmin epizodu görəndə şoka düşdüm”

09:58 / 28.03.2012
FİFA prezidenti Yozef Blatter İngiltərə Federasiya kuboku (FA) çərçivəsində keçirilən “Tottenhem” – “Bolton” matçında qonaqların futbolçusu Fabrisa Muambanın ürəyinin dayanmasına münasibət bildirib.
Blatter həmin epizodu gördükdə şoka düşdüyünü deyib:
“Mən həmin epizodu görəndə şoka düşdüm. Dərhal “Bolton”un prezidenti ilə əlaqə yaradaraq onunla Muambanın vəziyyəti haqda danışdım. Həmin vaxt futbolçunun komanda yoldaşları Muambanın ətrafına yığışmışdı. Bu, dəhşət idi. Ancaq Muamba müayinə edilib və hazırda vəziyyəti yaxşıdır. Onun yenidən həyata qayıtmağı bir möcüzədir”.
Qeyd edək ki, “Bolton” klubunun həkimi Conatan Tobin Muambanın kliniki ölüm keçirdiyini açıqlamışdı.





Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar