12px14px16px18px

AFFA 3 klubu cəzalandırdı

09:58 / 28.03.2012
AFFA İntizam Komitəsinin iclası keçirilib. Tədbirdə Unibank Premyer Liqasının XXV turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarılıb.
Unibank Premyer Liqasının XXV turunun “Qəbələ” – “İnter” matçının 88-ci dəqiqəsində “İnter” klubunun 2 nömrəli futbolçusu Xəyal Mustafayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Neftçi” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrin istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.
Unibank Premyer Liqasının XXV turunun “Turan” – “Rəvan” matçının 73-cü dəqiqəsində “Rəvan” klubunun 6 nömrəli futbolçusu Taqim Novruzov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəza alıb, kluba 200 manat cəza kəsilib.



Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar