12px14px16px18px

İbrahimoviç: “Barselona”da təkcə Messi haqda düşünməməliyik”

09:57 / 28.03.2012
“Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaqları “Barselona” ilə görüş haqda fikirlərini bölüşüb.
“Corriere dello Sport”a danışan isveçli futbolçu “Barselona”da Lionel Messidən üstün futbolçuların olduğunu bildirib:
“Hazırda çox yaxşı mövsüm keçirirəm və bu uğuru davam etdirmək istəyirəm. “Barselona” ilə oyunun çətin keçəcəyini bilirəm. Onların komandasında Messidən də üstün oyunçular var. Biz yalnız Messi haqda düşünməməliyik. “Milan” da təkcə İbrahimoviçdən ibarət deyil. “Barselona” hazırda dünyanın ən yaxşı komandasıdır. Bizim itirəcək bir şeyimiz yoxdur. Əksinə “Barselona”nın üzərində böyük təzyiq olacaq”.
Qeyd edək ki, “Milan” – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.




Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar