12px14px16px18px

Qurban Qurbanov daha bir futbolçusuna danışmağı qadağan etdi

14:31 / 20.03.2012
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Vaqif Cavadovdan sonra daha bir futbolçusu – İlqar Qurbanova da mətbuatla ünsiyyət qurmağı qadağan edib. Qol.Az-ın məlumatına görə, Qurbanovun qadağası yalnız bu iki futbolçuya aiddir. Qurbanov Cavadova mövsümün sonuna qədər jurnalistlərə müsahibə verməməyi tapşırıb. Maraqlıdır ki, Qurban Qurbanovun digər qadağanı Vaqif Cavadovun bibisi oğlu İlqar Qurbanova tədbiq edib. İlqar Qurbanov özü Qol.Az-ın müxbiri ilə söhbətində baş məşqçi tərəfindən ona mətbuatla ünsiyyətə icazə verilmədiyini bildirib. Lakin o, bunun səbəbləri barədə danışmayıb. Klubun direktoru Əmrah Çəlikəl bildirib ki, Qurban Qurbanov qərarını dəstəkləyirlər: “Baş məşqçi belə qərar veribsə, deməli, lazımdır. Biz bunu dəstəkləyirik və hesab edirik ki, qərar tam doğrudur”. Qeyd edək ki, Qurban Qurbanov bir-biriylə qohum olan Vaqif Cavadov və İlqar Qurbanovun mətbuatla ünsiyyətinə qadağa qoyub. Güman olunur ki, bu qadağa hər iki futbolçunun milli komandanın məşqçiləri ilə bağlı son vaxtlar səsləndirdiyi tənqidi fikirlərlə əlaqədardır.


Bu yazı ( 389 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar