12px14px16px18px

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi istefadan danışdı

14:30 / 20.03.2012
“Bakı” qarşısında aciz qalan “Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi Yunis Hüseynov məğlubiyyətin səbəbini açıqlayıb. Gənc çalışdırıcı, sarsıntı keçirdiyini deyib: “Bu gün sarsıntı keçirdim. İlk oyunda məğlub olmaq istəmirdim. Komandaya iki gündür ki, gəlmişəm, cəmi bir məşqdə iştirak etmişəm. Hər gün futbolçularla danışırdım. Buna baxmayaraq, komandanı hələ tam tanıya bilməmişəm. Bir neçə futbolçudan razı qaldım, adlarını çəkmək istəmirəm. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Çalışacağam ki, bu oyuna komandanı daha yaxşı hazırlayım”. Baş məşqçi azarkeşlərin istefa tələbinə münasibət bildirib: “İstefa” şüarları mənə pis təsir etdi. Uduzacağımıza inanmırdım, amma futbolda hər şey ola bilər”.


Bu yazı ( 388 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar