12px14px16px18px

“Milan” “Barselona”ya rəqib oldu

23:53 / 18.03.2012
 
Dünən İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. 1/4 final mərhələsinə vəsiqə qazanan 8 komanda – “Barselona” (İspaniya), “Milan” (İtaliya), “Benfika” (Portulqaliya), APOEL (Kipr), “Olimpik” (Fransa), “Bayern” (Almaniya), “Real” (Madrid) və “Çelsi” (İngiltərə) klublarının rəqibləri məlum olub. 1/4 final mərhələsinin oyunları 27-28 mart və 3-4 aprel tarixlərində keçiriləcək.
 
1/4 final mərhələsi
 
1. APOEL (Kipr) – “Real” (Madrid)
 
2. “Olimpik” (Fransa) – “Bayern” (Almaniya)
 
3. “Benfika” (Portulqaliya) – “Çelsi” (İngiltərə)
 
4. “Milan” (İtaliya) – “Barselona” (İspaniya) 
 
Yarımfinal mərhələsi
 
1. “Olimpik” (Fransa) – “Bayern” (Almaniya) cütünün qalibi – APOEL (Kipr) – “Real” (Madrid) cütünün qalibi ilə
 
2. “Benfika” (Portulqaliya) – “Çelsi” (İngiltərə) cütünü qalibi – “Milan” (İtaliya) – “Barselona” (İspaniya) cütünün qalibi ilə
 
Finalda 1-ci cütün qalibi 2-ci cütün qalibi ilə qarşılaşacaq.
 



Bu yazı ( 139 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar