12px14px16px18px

Rikardo Quarejma üzr istədi və bağışlandı

23:51 / 18.03.2012
“Beşiktaş” klubunun portuqaliyalı futbolçusu Rikardo Quarejma baş məşqçi Rikardo Karvalhaldan üzr istəyib. Avroliqanın 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Atletiko” ilə Madriddə keçirilən görüşün (1:3) fasiləsində baş məşqçi Karvalhalla mübahisə edən Quarejma komandanın heyətindən kənarlaşdırılmışdı. “Atletiko” ilə cavab qarşılaşmasında (0:3) da forma geyinməyən portuqaliyalı futbolçu çıxış yolunu baş məşqçidən üzr istəməkdə görüb. “Atletiko” ilə oyundan sonra Karvalhalın yanına gedən Quarejma etdiyi hərəkətdən peşman olduğunu bildirərək baş məşqçisindən üzr istəyib. Karvalhal da öz növbəsində futbolçunu bağışlayıb. Qeyd edək ki, Quarejmanın Superliqanın növbəti turu çərçivəsində “Manisapsor”la görüşdə meydana çıxacağı gözlənilir.


Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar