12px14px16px18px

Nuri Şahin “Mançester Yunayted” yolunda

11:25 / 16.03.2012
“Real” (Madrid) klubunun türkiyəli futbolçusu Nuri Şahin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Gənc futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
“Real” gəldiyi gündən bəri zədə səbəbindən əsas heyətdən kənarda qalan Nurinin mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
“Mançester Yunayted”in baş məşqçisi Ser Aleks Fergüsson 23 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin “Real”ın baş məşqçisi Joze Mourinyonun Nurini buraxmaq istəmədiyi bildirilsə də, rəhbərlik sərfəli təklif gələcəyi təqdirdə futbolçunu satacaqlarını açıqlayıb.
Qeyd edək ki, Nurini “Mançester Yunayted”lə yanaşı, “Borussiya” (Dortmund) və “İnter” klubları da yaxından maraqlanır.



Bu yazı ( 168 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar