12px14px16px18px

“Anji” Messi və Ronaldonu transfer edəcək”

11:24 / 16.03.2012
“Anji” klubunun idman direktou Roberto Karlos maraqlı açıqlamaları ilə gündəmə gəlib.
“Marka” qəzetinə danışan “Real” (Madrid) klubunun sabiq futbolçusu ilk öncə Messi və Ronaldonun müqayisəsinə toxunub:
“Messi dünyanın ən yaxşı futbolçusudur. Ronaldonu da ayırmaq olmaz. O, hazırda “Real”ın ayrılmaz bir parçasıdır. Hər iki futbolçunun özünün dəstixətti var”.
Daha sonra “Real”ın 110 illik tarixinin ən yaxşı futbolçuları sırasına düşməsinə münasibət bildirən Karlos bu haqda belə danışıb: “Təbii ki, Zidan kimi futbolçudan arxa mövqedə çıxış etmək qürurvericidir. Bir-birimizi yaxşı başa düşürdük. “Real”ın tarixi siyahısına düşdüyüm üçün çox şadam. Deməli, azarkeşlər mənim bu komandada keçirdiyim 11 ili unutmayıblar”.
Qeyd edək ki, braziliyalı futbolçu sonda müqavilələri bitdikdən sonra “Anji”nin Messi və Ronaldonu da transfer edəcəyini bildirib.



Bu yazı ( 167 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar