12px14px16px18px

Maradonanın qapıçısına 17 oyunluq cəza

01:25 / 15.03.2012  
Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdıran Dieqo Armando Maradona şok xəbərlə sarsılıb. BƏƏ-nin Futbol Federasiyası komandanın qapıçısı Mayed Naseri cəzalandırıb. Buna isə Naserin ölkə kubokunun yarımfinalında “Əl Əhli” ilə görüşdən (0:1) sonra rəqib komandanın baş məşqçisi Xiki Sançez Floresə sillə vurması səbəb olub. Həmin hadisədən sonra komandanın əsas heyətindən kənarlaşdırılan qapıçıya hüquqi cəza federasiya tərəfindən verilib. Naser bu hərəkətinə görə 17 oyunluq diskvalikasiya olunub. Qeyd edək ki, daha öncə “Valensiya”, “Benfika” və “Ateltiko” (Madrid) klublarını çalışdıran Flores 2011-ci ilin noyabr ayında “Əl Əhli” komandasına baş məşqçi təyin olunub.


Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar