12px14px16px18px

“İnter”, “Bakı” və “Neftçi”dən qələbə, Qəbələdə heç-heçə

01:24 / 15.03.2012
 
Dünən Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Bu mərhələnin bütün görüşləri eyni gündə baş tutub.
 
Qəbələdə şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. “İlk altılığ”a yaxşı başlayan hər iki komandanın dueli böyük maraq doğururdu. Bu görüşdə “Qəbələ” iki dəfə hesabda irəli çıxsa da, Ağdam təmsilçisi cavab qolunu vurmağa müvəffəq olub. Bununla da, Qəbələdə qollu heç-heçə qeydə alınıb – 2:2.
 
Unibank Premyer Liqasının hazırki lideri “Neftçi” isə kubokda da inamla irəliləmək niyyətindədir. Bu mərhələdə isə “Neftçi” olduqca çətin səfər gözləyirdi. Gəncədə “Kəpəz”in qonağı olacaq Böyükağa Hacıyevin komandası səfərdən qələbə ilə ayrılıb – 2:1. 
 
Bu mövsüm heç də özünə bənzəməyən “Bakı” isə doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Artıq Unibank Premyer Liqasında turlar irəlilədikcə çempion olmaq şansını itirən “zolaqlılar” əsas ümidini kuboka bağlayıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Bakı” cavab qarşılaşması öncəsi böyük üstünlük qazanıb.
 
Bu mərhələnin mərkəzi qarşılaşması isə “Şəfa” stadionunda keçirilib. Burada yerli “İnter” klubu “Xəzər Lənkəran”ı sınağa çəkib. Ötən mövsüm kubokun finalında üz-üzə gələn komandaların bu dəfəki dueli böyük maraqla gözlənilirdi. Finalda penaltilər seriyasında “Xəzər Lənkəran”a uduzan “İnter” həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Gərgin keçən matç 3:2 hesabı ilə “İnter”in qələbəsi ilə başa çatıb.
 
14 mart (çərşənbə)
 
“İnter” – “Xəzər Lənkəran” – 3:2
 
Qollar: Nizami Hacıyev, 39 (1:0), Elnur Abdullayev, 47 (1:1), Rendal Brenes, 57 (1:2), Enyo Krastovçev, 78 (2:2), Girts Karlsons, 87-pen (3:2)
 
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
 
“Qəbələ” – “Qarabağ” – 2:2
 
Qollar: Viktor Mendi, 41 (1:0), Rauf Əliyev, 46 (1:1), Dodo, 65 (2:1), Muarem Muarem, 90 (2:2)
 
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov
 
“Kəpəz” – “Neftçi” – 1:2
 
Qollar: Denis Silva, 28 (0:1), Elşən Abdullayev, 84 (0:2), Yuri Fomenko, 87 (1:2)
 
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
 
“Bakı” – AZAL – 3:1
 
Qollar: Aleksandar Soliç, 27 (1:0), Deividas Çesnauskis, 59 (2:0), Koke, 63 (3:0), Şəhriyar Rəhimov, 68 (3:1)
 
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov
 
 



Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar