12px14px16px18px

Fatih Kavlak: “Qarabağ” maşın kimi işləyir”

01:24 / 15.03.2012  
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak “Qarabağ”a qarşı keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan (2:2) sonra görüşlə bağlı fikirlərini bildirib. O deyib ki, oyuna yaxşı başlamasalar da, ilk hissəni 1:0 hesabıyla qalib başa vurublar. “İkinci hissədə qapımıza qollar buraxdıq. Amma sonra yenə önə çıxdıq. Buna baxmayaraq, hesabı qoruya bilmədik. Mən üç il əvvəl “Qarabağ”da işləmişəm, bu komandanı yaxşı tanıyıram. Hələ də heyətlərini qoruyub saxlayıblar. Fiziki gücləri çox yaxşıdır. Bir sözlə, “Qarabağ” maşın kimi işləyir. Mən “Qarabağ”a çempionatda uğurlar arzulayıram. Baxmayaraq ki, Premyer Liqada növbəti oyunları məhz bizimlə olacaq” – deyə F.Kavlak bildirib.


Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar