12px14px16px18px

Qurban Qurbanov: “Quzanlıdakı təkrar oyun daha çətin olacaq”

01:23 / 15.03.2012  
“Qəbələ” bizimlə oyunda sübut etdi ki, çempionatda “Neftçi” və “Xəzər Lənkəran”ı təsadüfən udmayıb”. Bu sözləri “Qəbələ” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Hər iki komanda arasında Qəbələdə keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu 2:2 hesabıyla yekunlaşıb. “Fatih Kavlakın işi görünür. Rəqibi yaxşı təhlil etmişdik. “Qəbələ” çox yaxşı hücum xəttinə malikdir. Bugünkü nəticəyə gəlincə, hesabı ədalətli sayıram. Hesab edirəm ki, hələ heç nə bitməyib. Quzanlıdakı təkrar oyun bundan daha çətin olacaq” – deyə Q.Qurbanov vurğulayıb.


Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar