12px14px16px18px

Foqts Azərbaycan kubokunun formatına qarşı çıxdı

01:22 / 15.03.2012  
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Qarabağ” ilk oyununun fasiləsi zamanı millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Foqts “Lider TV”yə müsahibəsində deyib ki, kubok oyunları vacib olduğundan bu qarşılaşmanı canlı izləmək qərarına gəlib: “Azərbaycan Kubokunun 1/4 final mərhələsi bir oyundan ibarət olsaydı, daha maraqlı olardı. Çünki cütlüyün taleyi ilk oyundan deyil, təkrar görüşdən asılı olacaq. Mən üç gün əvvəl burada “Qəbələ”nin “Neftçi”ylə oyununu da izlədim. Deyərdim ki, bugünkü qarşılaşma üç gün əvvəlki oyundan daha maraqlıdır”. Foqts ardıcıl üç oyundur ki, “Qəbələ”nin oyununu izləməsinin təsadüf olub-olmamasıyla bağlı suala isə belə cavab verib: “Mən “Xəzər Lənkəran” və “Neftçi”ylə matçlara da baxdım. “Qarabağ”ın oyununu da izləmək qərarına gəldim. Birdə ki, hər dəfə Bakıdan Qəbələyə gələndə burada gözəl bir mənzərə görürəm və bundan həzz alıram”.\


Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar