12px14px16px18px

Madrid “Real”ın 7 futbolçusu ilə yollarını ayırır

13:30 / 08.03.2012
“Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo mövsümün sonunda komandasında görmək istəmədiyi futbolçuların siyahısını müəyyənləşdirib.
Madrid təmsilçisi mövsümün sonunda 7 futbolçu ilə yollarını ayıracaq.
Bu oyunçuların arasında 2 türk futbolçu da var. Ötən mövsüm komandaya transfer edilən Hamit Altıntop və Nuri Şahinin də “Real”dan ayrılacağı iddia olunur. Mövsümün sonunda “Real”ı tərk edəcək digər futbolçular isə Qonzalo İquain, Kaka, Esteban Qranero, Raul Albiol və Rikardo Karvalyodur.
Lakin Mourinyonun özünün də mövsümün sonunda “Real”dan ayrılaraq İngiltərə qayıdacağı gözlənilir. Əgər bu baş verərsə, adı çəkilən futbolçuların komandada qalacağı istisna olunmur.



Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar