12px14px16px18px

“Qalatasaray” çempionluğa sevinməyə tələsməsin”

00:32 / 01.03.2012  
Superliqada çempionluq mübarizəsində “Qalatasaray”ın əsas rəqibi olan “Fənərbağça”nın baş məşqçisi Aykut Kocaman açıqlama verib. “Eskişehirspor”a məğlubiyyətdən sonra “Cim Bom”dan 9 xal geri qalan “bülbülllər”in çalışdırıcısı futbolçularda inamı artırmaq üçün belə deyib: “Özümüzə gəlib, əsl futbolumuzu oynamağa başlasaq, xal fərqini endirəcəyik. Pley-off-a qədər 6 oyunumuz qalıb. Bunlardan 4-ü öz meydanımızda, 1-i “Ankaragücü” ilə olmaqla 2-si səfərdədir. “Qalatasaray”ı Kadıköydə qəbul edəcəyik. Rəqib çempion olduğunu güman edərək, erkən sevinir. Qalan 6 matçda qalib gələ bilsək, pley-offda fərq 3-ə enə bilər. Komandanın bütün oyunçuları qalan oyunlara daha yaxşı hazırlamalıdır. Artıq səhv etmək olmaz”.
Qeyd edək ki, turnir cədvəlində lider olan “Qalatasaray” (63 xal) “Fənərbağça”dan (54 xal) irəlidədir.





Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar