12px14px16px18px

Quarejma “Beşiktaş”ın yeni prezidentinin adını açıqladı

00:32 / 01.03.2012
“Beşiktaş” klubunun hücumçusu Rikardo Quarejma maraqlı açıqlamaları ilə diqqət çəkib.
Portuqaliyalı futbolçu Serdal Adalının “Beşiktaş”ın yeni prezidenti olacağını iddia edir: “Serdar Adalı “Beşiktaş”ın yeni prezidenti olacaq. Bu xəbəri çox etibarlı mənbədən eşitmişəm. O gələndə komandada maddi cəhətdən problemi qalmayacaq. Adalı daha öncə də bizə çox kömək olub. Ümid edirəm ki, ona da dəstək verənlər olacaq”.
Qeyd edək ki, 2004-cü ildən “Beşiktaş”a rəhbərlik edən Yıldırım Dəmirörən bir müddət öncə Türkiyə Futbol Federasiyasının yeni prezidenti seçilib.




Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar