12px14px16px18px

Necati: “Fənərbağça”nı “Kadıköy”də məğlub edəcəyik”

00:31 / 01.03.2012
“Qalatasaray” klubunun hücumçusu Necati Atəş maraqlı açıqlamaları ilə yadda qalıb. “TRT Spor”a danışan 32 yaşlı futbolçu Superliqanın 31-ci turunda qarşılaşacaqları “Fənərbağça”nı səfərdə məğlub edəcəklərini bildirib: “Uzun müddətdir ki, “Fənərbağça”ya səfərdə qalib gələ bilmirik. Bu şansızlığa son qoymaq istəyirik. İnanıram ki, bu dəfə “Fənərbağça”nı “Kadıköy”də məğlub edəcəyik. “Beşiktaş”la oyunda son dəqiqədə vurulan qola heç kəs inanmadı. Mən də nəyin baş verdiyini anlaya bilmədim. Lakin sonda hər şey bizim istədiyimiz kimi başa çatdı və vacib 3 xal qazandıq”.
Qeyd edək ki, qış transfer pəncərəsi dönəmində “Antalyaspor”dan “Qalatasaray”a keçən Necati artıq 3 qola imza atıb.




Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar