12px14px16px18px

Türkiyə superliqasının formatı dəyişir

10:43 / 29.02.2012
Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə gələn Yıldırım Dəmirörən yeniliyə imza atmağa hazırlaşır. “Hürriyyət” qəzetinin verdiyi məlumata görə, diqqətçəkən yenilik Türkiyə Superliqasıyla bağlıdır. Məlum olub ki, növbəti mövsümdən ölkə çempionatının format dəyişəcək və yarışlarda indiki kimi, 18 deyil, 22 komanda mübarizə aparacaq. Bu isə o deməkdir ki, hazırkı çempionatda heç bir komanda aşağı dəstəyə düşməyəcək, əksinə birinci liqadan dörd komanda Superliqaya qoşulacaq. Məlumatda o da bildirilir ki, 22 komandanın iştirakı ilə keçiriləcək çempionatda pley-off sistemi tətbiq olunacaq, həmçinin komandaların qruplarda oynayacağı deyilir.
Yaxın günlərdə bu məsələylə bağlı Dəmirörənin Türkiyə çempionatında yarışan klubların rəhbərləriylə görüşəcəyi gözlənilir.




Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar