12px14px16px18px

“Qalatasaray”ın sabiq prezidentinə 7 ilədək həbs verilə bilər

10:42 / 29.02.2012
Türkiyənin “Qalatasaray” klubunun sabiq prezidenti Adnan Polat 1 ildən 7 ilədək həbs edilə bilər.
İstanbul Məhkəməsi Polatın 2006-cı ildə klubun vitse-prezidenti olduğu vaxt “Qalatasaray”ın “Dənizlispor”u stimullaşdırmaq məqsədilə 1,5 milyon dollar ödəməsi ilə bağlı iddiaları araşdırıb.
İddianamədə bildirilir ki, kluba aid hesablar araşdırılarkən, 16 may 2006-cı ildə 1 milyon 23 min dollarlıq məxaric aşkarlanıb. Bunun 23 min 100 dollarının qəbzi olsa da, 1 milyon dolları üçün qəbz olmayıb. Klubdan həmin ödənişin kamerunlu futbolçu Riqobert Sonqa təzminat kimi verildiyi bildirilib. Lakin Sonqun vəkili “Qalatasaray”a göndərdiyi elektron məktubda bu qədər ödənişin olmadığını yazıb. Beləliklə, 1 milyon dolların hansı məqsədlə və hara xərcləndiyi barədə təsdiqləyici sənəd verilməyib. Həmin vaxt sənədlərin Polat tərəfindən imzalandığı nəzərə alınaraq, ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 ilədək həbs cəzası alması istənilib. Polatın işinə İstanbul Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2005-2006-cı il mövsümündə “Fənərbağça” Türkiyə Superliqasının son turunda “Dənizlispor”la 1:1 hesablı heç-heçə edib. “Qalatasaray” isə turu qələbə ilə başa vuraraq çempion olub. Həmin vaxt klub prezidenti mərhum Özhan Canaydın olub. Polat isə 2008-ci ilin martında “Qalatasaray”ın prezidenti seçilib və 2011-ci ilədək bu vəzifəni tutub.




Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar