12px14px16px18px

“Şuşa-09” futbol klubunun prezidenti: “Ən böyük arzumuz rəqiblərimizi Şuşada qəbul etməkdir”

10:01 / 02.09.2010

2010-2011 mövsümündən Azərbaycanın milli futbol çempionatının I Divizionunda yeni komanda – “Şuşa-09” mübarizə aparacaq. İşğal altında olan şəhəri təmsil edən futbol klubu ötən ilin iyununda təsis olunub və bu ildən aşağı liqada oynamaq hüququ qazanıb. “Şuşa-09”un təsisçisi, klubun prezidenti Azəri Hüseynov “Media forum” saytına açıqlamasında deyib ki, komandanın sükanı arxasında məşqçilər şurası dayanacaq. Klubun prezidenti kimi məşqçilər şurasının üzvləri də şuşalılardır – Əvəz Məmmədov və Əbülqasım Novruzov. Azəri Hüseynov klubla müqavilə bağlamış 25 oyunçudan 6-7 nəfərinin Şuşadan olduğunu vurğulayıb: “Heyətimizdə biri iranlı, digəri türkiyəli olan iki legioner də yer alır”. Komandanın müvəqqəti bazası “Ədliyyə” stadionunda yerləşir, klub ev oyunlarını da orada keçirəcək. Azəri Hüseynovun sözlərinə görə, gələn mövsüm üçün komandaya yeni stadion tikmək nəzərdə tutulur: “Ən böyük arzumuz isə rəqiblərimizi Şuşada qəbul etməkdir”. “Hədəfləriniz nədir” sualını prezident belə cavablayıb: “İlk mövsümdə komandanı tam komplektləşdirmək, təcrübə toplamaq məqsədi qoymuşuq. İnşallah, gələn mövsümdən yüksək liqaya çıxmaq uğrunda mübarizə aparacağıq”.


Bu yazı ( 241 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar