12px14px16px18px

Mübariz Əhmədoğlu: “Münaqişənin həlli Azərbaycan-Rusiya danışıqları ilə həll olunacaq”

01:00 / 18.05.2012
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dünən Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ saaatı” mövzusunda mətbuat konfransı keçirib. M.Əhmədoğlu Rusiyanın Qarabağ münaqişənin həllində maraqlı olduğunu qeyd edib. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son bəyanatına toxunan politoloq bunları söyləyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son Moskva toplantısında qurumun yaydığı bəyannamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Helsinki yekun aktının məlum üç prinsipi olduğu kimi göstərilir. Bu da onu göstərir ki, qurumu himayə edən Rusiya münaqişənin həllində ciddi maraqlıdır. Təşkilat yaydığı bu bəyanatda millətlərin öz müqəddəratını təyin etmə prinsipindən söz getmir. Burada xalqların bərabərliyi qeyd olunur. Bu da o deməkdir ki, Dağlıq Qarabağın statusunun təyin olunmasında buranın azərbaycanlı və erməni icmaları bərabər hüquqlara malikdir. Bu baxımdan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyannaməsi eyni zamanda BMT-nin nizamnaməsinə uyğun hazırlanıb”. M.Əhmədoğlu bəyannamənin digər vacib əhəmiyyətinin olduğunu da vurğulayıb: “Bu, ondan ibarətdir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, lakin Ermənistan üzvdür. Yəni Ermənistanın özünün üzv olduğu təşkilat onu vadar edir ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə razılaşsın”. Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi hazırda kifayət qədər ciddi mərhələdədir. Onun sözlərinə görə, KTMT işğal edilmiş əraziləri Azərbaycana qaytaracaq: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistan bir dövlət kimi, millət kimi sıradan çıxıb. Münaqişənin həlli birbaşa Azərbaycan-Rusiya danışıqları ilə həll olunacaq. Ola bilsin bu danışıqlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının vasitəsi ilə aparılsın. Bu, artıq realdır”. KTMT-də müzakirə olunan postsovet məkanına aid yeganə məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən politoloq ermənilərin bu günə kimi əldə etdiyi nailiyyətin Rusiya hakim dairələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqladığı bəyanatlara əks bəyanat verən hansısa siyasətçini ortaya çıxarmaq olduğunu bildirib: “Sözügedən təşkilatın sonuncu bəyanatından sonra Ermənistan artıq Rusiyanın mövqeyini ikisəsli edə bilməyəcək”. AQİL


Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar