12px14px16px18px

Bakıda havanın temperaturunun 86 illik sutkalıq rekord göstəricisi yenilənib

12:56 / 12.05.2012
Bakı və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gecə 15-18, gündüz 25-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 12-də əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.
Mayın 12-13-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mayın 13-də axşam bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var.
Qeyd edək ki, mayın 10-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.0 dərəcə yuxarı olub, havanın maksimal temperaturu isə Bakıda 29.0 dərəcə isti təşkil edib. Bununla, 10 may 1926-cı il tarixində olan sutkalıq rekord göstərici (28.1 dərəcə) yenilənib.



Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar