12px14px16px18px

Səməd Seyidov: “Müəyyən qüvvələr Ermənistandan istifadə edib qeyri-sabitlik yaradırlar”

01:43 / 11.05.2012  
“Bu gün müəyyən qüvvələrə Ermənistanda demokratik cəmiyyətin qurulması deyil, bu ölkədən alət kimi istifadə edib regionda qeyri-sabitlik yaratmaq maraqlıdır. Buna görə də hansısa beynəlxalq təşkilat və ya dünyanın aparıcı bir dövləti Ermənistandakı son parlament seçkiləri barədə müsbət rəy bildirsə, bu, məni təəccübləndirməyəcək”. Bunu mətbuata açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. Onun qeyd etdiyinə görə, Ermənistanın hazırkı hakimiyyətin nəinki demokratik seçkilər keçirmək qüvvəsi yoxdur, ümumiyyətlə, onlarda belə bir arzu yoxdur. “Ermənistan keçirilən son parlament seçkilərində də münasibətlər hər zaman olduğu kimi fərqli ola bilər. Hətta müsbət rəy versələr belə bu təəccüb yaratmamalıdır. Orada keçirilən seçkilər barəsində rəy verən bəzi beynəlxalq təşkilatlar və dövlətlər müəyyən tənqidi münasibət söyləsələr də, bu, sadəcə görünüş xatirinə olacaq. Ümumilikdə isə vəziyyəti müsbət dəyərləndirirlər. Çünki onlar Ermənistanda demokratik cəmiyyət formalaşdırmaq deyil, bu ölkədən istifadə etməklə məqsədləri üçün çalışırlar”-deyə, S.Seyidov sonra vurğulayıb. KAMİL


Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar