12px14px16px18px

“İnternat məktəblərini bitirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial reabilitasiyası mərkəzi” fəaliyyətə başlayıb

00:56 / 04.05.2012


“İnsan Hüquqları XXI əsr –Azərbaycan” Fondunun nəzdində yaradılmış “İnternat məktəblərini bitirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial reabilitasiyası mərkəzi” fəaliyyətə başlayıb. Qurumdan “525”ə verilən məlumata görə, Mərkəzin fəaliyyətinin əsas məqsədi internat məktəblərini bitirmiş və bitirməkdə olan yeniyetmələrin məktəbdən sonrakı həyatlarını kompleks şəkildə formalaşdırmaqlarına dəstək verməkdir.
“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu internat məktəblərində bu günə kimi bir neçə davamlı lahiyələr həyata keçirib və bu sahədə böyük təcrübəyə malikdir. Lahiyələr çərçivəsində keçirilən seminarlar, təlimlər və görüşlər nəticəsində internat məktəblərini bitirməkdə olan uşaqların əsas problemləri dəqiqləşdirilmiş, araşdırılmış və yaradılmış mərkəzin əsas fəaliyyət istiqamətlərinə çevrilib: “Təcrübə onu göstərir ki, internat məktəblərini bitirmiş yeniyetmələr cəmiyyətə adoptasiya olunmaqda böyük çətinliklərlə üzləşirlər və bir çox hallarda kriminal qrupların təsiri altına düşüb həyatlarını məhv edirlər. Əsas vəzifəmiz belə neqativ halların qarşısını almaq, cəmiyyət üçün sağlam, bilikli və bacarıqlı gənclərin yetişdirilməsinə yardımçı olmaqdır. İnternat məktəbini bitirmiş gənclərin peşə məktəblərinə maneəsiz yerləşdirilməsi, təhsildə əldə olunan uğurlarını qiymətləndirərək dil və kompyuter kursları ilə təmin olunması və yiyələnmiş ixtisasa uyğun işlə təmin olunma kimi vacib məsələlərin həlli mərkəzin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Eyni zamanda, mütəmadi keçiriləcək görüşlər zamanı fondumuzun əməkdaşları (psixoloqlar, hüquqşünaslar və sosial işçiləri) layihə iştirakçılarını həm psixoloji, həmdə hüquqi baxımdan maarifləndirəcək, onların sosial adaptasiyasının maksimal ağrısız olmasına köməklik göstərəcəklər. Digər tərəfdən internat məktəblərini bitirmiş valideyn himayəsindən məhrum olmuş yeniyetmələrin bütün hüquqi problemləri Mərkəzin hüquqşünasları tərəfindən nəzarətdə saxlanılacaq və həlli istiqamətində onlara köməklik göstəriləcəkdir”.
Qeyd edək ki, fond bu layihənin icrası zamanı Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri, hüquq mühafizə orqanları, İnternat müəssisələri, peşə məktəbləri və digər aidiyyatı qurumlarla sıx əməkdaşlıq edəcəkdir.
AQİL





Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar