12px14px16px18px

Novruz Məmmədov: “Azərbaycan başqa bir siyasi alyansa qoşulmaq üçün dəvət alıb”

11:56 / 02.05.2012
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində daha çox dəstək almasa, Qərbyönlü mövqeyini yenidən nəzərdən keçirə və yeni bloka daxil ola bilər”. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Bloomberg” agentliyinə belə deyib.
“Azadlıq” radiosunun məlumatına görə şöbə, müdiri bunları əlavə edib: “Azərbaycan istəyir ki, Avropa və ABŞ Dağlıq Qarabağdan çıxması üçün Ermənistana təzyiq göstərsinlər. Azərbaycan başqa bir siyasi alyansa qoşulmaq üçün dəvət alıb. Biz bu təklifləri qəbul etməmişik. Amma vəziyyət belə davam edərsə, qarşıdakı 5-10 ilə bunu nəzərə ala bilərik. Biz Qərb ölkələrindən Qarabağ məsələsində dəstək gözləyirik.
NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir. Biz dünyada yeganə müsəlman xalqıq ki, taleyimizi Qərblə bağlayırıq. Lakin buna cavab olaraq müsbət münasibət görmürük.
Azərbaycanın Qərblə yaxınlığı İranla münasibətdə bəzi gərginliyə səbəb olub. İran bizə deyir ki, niyə Qərbə neft satırsınız? Deyir ki, siz ABŞ və İsraillə əlaqələrinizi kəsməlisiniz, çünki onlar bizim düşmənlərimizdir”.



Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar