12px14px16px18px

Zabitimiz şəhid oldu

05:43 / 28.04.2012
Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti şəhid olub. APA-nın məlumatına görə, hadisə srağagün axşam cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Milli ordunun leytenantı 24 yaşlı Vaqif Zakir oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, V. Abdullayev Xızı rayonundan hərbi xidmətə çağırılıb.
Bu arada Ermənistan Ordusunun bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Bu yazı ( 163 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar