12px14px16px18px

Həftə sonu üçün hava proqnozu açıqlandı

05:32 / 28.04.2012
Bakı və Abşeron yarımadasında aprelin 28-də hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 11-16, gündüz 23-28 dərəcə isti gözlənilir.
Aprelin 29-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 11-16, gündüz 23-28 isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 28-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq. Aprelin 29-da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.





Bu yazı ( 34 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar