12px14px16px18px

Prezident Bakıdakı yenidənqurma və tikinti işlərilə tanış oldu

01:01 / 26.04.2012
Dünən Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olub.
Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev Bakı funikulyorunun “Şəhidlər xiyabanı” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Yeni funikulyorun müasir standartlara uyğun layihə əsasında işlənib hazırlandığı qeyd edildi. Dövlətimizin başçısı Bakı funikulyorunun “Bəhram Gur” stansiyasında görülən işlərin gedişi ilə də yaxından tanış olub, yeni gətirilmiş vaqonlara baxıb. Prezident İlham Əliyev funikulyorun ətraf ərazilərində də abadlıq işlərinin aparılması ilə bağlı göstərişlər verib.
Dövlət başçısı Dağüstü parkda inşa olunan İstiqlal muzeyinin tikinti işlərinin gedişi ilə də maraqlanıb. Burada görülən işlər barədə Prezidentə məlumat verilib. Dövlət başçısı Dağüstü parkdan Dənizkənarı Milli Parkın ərazisinə baxıb. Sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın genişləndirilmiş ərazisində görülən işlərin gedişi ilə yerindəcə tanış olub. Burada həyata keçirilən işlər barədə də dövlətimizin başçısına məlumat verilib. Abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.




Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar