12px14px16px18px

Memarlıq və İnşaat Universitetində beynəlxalq festivalının açılışı olub

11:40 / 25.04.2012

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dərəcə və İxtisas” (Degree and Proffesion) Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalının açılışı olub. Aprelin 29-dək davam edəcə festival AzMİU ilə İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı çərçivəsində baş tutur. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatlığı ilə “Təzyiq altında irs” adlı beynəlxalq konfrans çərçivəsində keçirilir. Bu kimi festivallar İtaliyanın Florensiya şəhərində Romualdo Del Bianko Fondu tərəfindən artıq beş ildir ki, müxtəlif ölkələrdə təşkil olunur. Festivalın əsas tədbiri tələbələrin diplom işlərinin nümayişidir. Artıq təqdim olunacaq diplom işləri fondun saytına yerləşdirilib. Konfransın nəticəsi olaraq həmin diplom layihələri fondla əlaqədə olan memarlıq-inşaat şirkətləri tərəfindən diqqətə alınacaq və reallaşdırılmasına imkan yaradılacaq.
Festivalın məqsədi universitet tələbələrinə öz diplom işlərini geniş auditoriya qarşısında təqdim etmək imkanını yaratmaq, onların aparıcı memarların təcrübəsi ilə yaxından tanış etmək, memarlığın müxtəlif istiqamətlərinə aid mühazirələrdə və seminarlarda iştiraklarını təmin etməkdir.
Tədbirin rəsmi açılışı AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçphrə Məmmədovanın qonaqları salamlaması ilə başladı: “Bizimlə birgə Azərbaycandan bu layihədə iştirak edən ikinci ali təhsil ocağı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır. Bundan başqa dörd xarici universitet də geniş auditoriya üçün nəzərdə tutulmuş festivala qatılıb: Gürcüstan Dövlət İncəsənət Akademiyası, Gürcüstan Texniki Universiteti, Odessa İnşaat və Memarlıq Akademiyası, Kipr Doğu-Akdeniz Universiteti. İlk dəfə 2009-cu ildə bu festivalın bizim universitetdə keçirilməsi üçün təklif aldıq. Artıq ikinci dəfədir ki bu möhtəşəm tədbir bizim təşkilatçılığımızla Bakıda keçirilir. Festivalın tələbələrin bir-birlərinin təcrübələrindən yararlanmalarına böyük təsiri olacaq. Memar-məzunların ilk ciddi işlərinin, layihələrinin bu cür təqdim olunması da onlara xüsusi stimul vermiş olacaq. Festivalda ümumilikdə 30-dan çox xarici qonaq olacaq, tələbər üçün master-klasslar təşkil olunacaq. Simoe Geometsi, Mark Laenon, Y.A.Tabuşnikov və memarlıq sahəsində tanınmış digər tanınmış insanlar tələbələrlə görüşəcək. Düşünürəm ki, bütün bunlar festivalın möhtəşəmliyinə rəng qatacaq.”
Sonra Romualdo Del Bianko fondunun prezidenti Paolo Del Bianko festivalın Bakıda keçirilməsini təşkil etdiyi üçün rektor xanıma minnətdarlığını bildirib: “Bu il bizim fondla bu universitetin əməkdaşlığının on ili tamam olacaq. Bu əməkdaşlığın bu dərəcəyə qədər çatmasına görə Gülçğhrə xanıma təşəkkür edirəm. Bizim portalımızda da tələbələr bir-birlərinin layihələri ilə tanış olur, təcrübələrini bölüşürlər. Bu festival çərçivsində universitetlər bir-biriylə daha yaxından tanış olcaq və bu da memarlığa, turizmə kömək etmiş olacaq. Arzu edərdim ki, festival turizmin inkişafına töhfə versin. Turizm təkcə bir yaşayış növü deyil. Turizmin inkişafı müxtəlif mədəniyyətlərin bir araya gəlməsi, onlar arasında körpüdür. Təkliflər və ideyalar hər zaman çox olur. Bunların həyata keçirilməsində, reallaşmasında əməyi olan insanlara bir daha təşəkkür edirəm”.
P.D.Bianko fond tərəfindən universitetə hədiyyə olunan Leonardo da Vinçinin büstünün İtaliya memarlığının universitetə bir jesti kimi qiymətləndirdi.
Təhsil nazirinin müavini Qulu Novruzov da açılışda iştirak edərək qonaqları salamlayıb: “AzMİU Azərbaycanın memarlıq məktəbinin beşiyidir. Universitetin son zamanlar Avropa ittifaqının təhsil layihələrində, xüsusi ilə də, Tempus layihəsindı fərqlənməsi sevindirici haldır. Bu festivalın keçirilməsi də Avropa memarlığına inteqarasiyanı, qərb mədəniyyəti ilə tanışlığı sürətləndirəcək.”
Açılış günündə “Dərəcə və İxtisas” festivalı çərçivəsində P.D.Biankonun və fondun idarə heyətinin üzvü- İCCROM-un fəxri direktoru, beynəlxalq əlaqələr üzrə nümayəndəsi Mark Laenenin master-klassları baş tutub. Universitetlə tanışlıqdan sonra növbəti günlərdə Rusiya Memarlıq və Inşaat Akademiyasının akademiki Y.Atabunşikovun, əməkdar memar Elbay Qasımzadənin, “Ağ şəhər” layihəsinin baş memarı A.Qarberin tələbələrə master-klassları nəzərdə tutulub.
Aprelin 26-da universitetdə Leonardo da Vinçinin Büstünün açılış mərasimi keçiriləcək. Proqram çərçivəsində festivalın son günlərində qonaqlar İçəri Şəhər və Qobustanda gəzintilər təşkil edib Bakının tarixi abidələri və memarlıq nümunələri ilə tanış olacaqlar.
Pərviz SADIQOV



Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar