12px14px16px18px

Fərəc Quliyev: “Ermənistanın beynəlxalq aləmdən gizlətdiyi silahların araşdırılması tələb olunmalıdır”

07:35 / 21.04.2012
Bu günlərdə Sülh Araşdırmalar İnstitutu tərəfindən dünya ölkələrinin silahlanması ilə bağlı göstəricilər açıqlandı. Həmin göstəricilərdə silahlanmaya görə Azərbaycan birinci yerdə, Ermənistan isə 10-cu yerdə göstərilirdi. Bu fikirləri parlamentin dünən keçirilən növbəti plenar iclasında millət vəkili Fərəc Quliyev dilə gətirib. O təklif edib ki, bu məsələ ilə bağlı parlament adından beynəlxalq aləmə müraciət qəbul olunmalıdır: “Biz həmin sənəddə göstərməliyik ki, Azərbaycanın əraziləri məhz Ermənistan tərəfindən işğal olunduğuna görə silahlanmaya məcbur qalıb. Eyni zamanda qeyd etməliyik ki, Ermənistan həm sovet dövründən qalan silahlar hesabına, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğuna görə silahlanmaya üstünlük verir. Bununla belə, bu ölkə öz silahlarının həddini beynəlxalq aləmdən, dünya ictimaiyyətindən gizlədir. Ona görə, biz beynəlxalq aləmdən tələb etməliyik ki, Ermənistanın gizlətdiyi silahların araşdırılması ilə bağlı addımlar atsın”.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 193 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar