12px14px16px18px

“Heç kimin ziyalımızı təhqir etməyə cürəti çatmaz”

“YAZIÇI ANARA QARŞI BAŞLANMIŞ BU ANTİTÜRK KAMPANİYA TÜRK ZİYALISINA, O CÜMLƏDƏN AZƏRİ TÜRK MİLLƏTİNƏ QARŞI YÖNƏLİB”

07:34 / 21.04.2012
Dünyəvi Bozqurd Partiyası Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın müdafisi ilə bağlı bəyanat verib.
Bu barədə “525”ə Dünyəvi Bozqurd Partiyasından məlumat verilb. Bəyanatda yazıçı Anarın həyatı boyu Azərbaycan xalqına xidmət etdiyi vurğulanaraq, xalq yazıçısına qarşı ittihamların yersiz olduğu qeyd edilib. Bəyanatda bu kimi təhdidlərin cavabsız qalmayacağı bildirilib: “Azərbaycan mədəniyyətini formalaşdıran, onun dünya səviyyəsinə çıxmasında fədakarlıqlar etmiş ziyalımız yaradıcılığının bütün dövrlərində təhdid və təzyiqlərə məruz qalıb. Müxtəlif ictimai siyasi farmasiyalarda, hakim ideologiyaların basqısı altında, İslam fanatiklərinin, çar mütləqiyyətinin, bolşevizmin sərt hökmranlığı dövründə olmalarına baxmayaraq, belə ziyalılarımız milli-mənəvi dəyərlərimizi zənginləşdirməkdə davam etmiş və milli mədəniyyətimizi formalaşdırıblar.
Bir müddət qabaq, anti milli qüvvələr və separatçı ünsürlər Şeyx Nizami, dahi Səməd Vurğun, milliyətçi ruhlu Bəxtiyar Vahabzadə və digər Azərbaycan, Türk millətinə mənsub ziyalılarımıza qarşı çirkin kampaniyaya başlamaq təşəbbüsü göstəriblər.
Milliyətçi partiya olaraq onlara xəbərdarlıq edib bildirdik ki, Azərbaycan Türk millətinin bu günə qədər dəyərli insanlarına yönəlmiş təhdidlər bundan sonra cavabsız qalmayacaq. Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan biz Türk millətçiləri, Bozqurdalr bunun cavabını həmin anda verəcəyik”.
Daha sonra Yazıçılar Birliyinin sədrinə qarşı təhdidlərə toxunulan bəyanatda bunlar yer alıb: “Son zamanlar yazıçı Anara qarşı başlanmış bu antitürk kampaniya, Azəribaycanın milli kültürünü dünya mədəniyyəti səviyyəsinə çıxara bilən Türk ziyalısına, o cümlədən Azəri Türk millətinə qarşı yönəlib. Biz milli-mənəvi dəyərləri zənginləşdirən zəka işıqlarımızı, həm sağlığında, həm də dünyalarını dəyişəndən sonra müdafiə etməli, yaradıcı insanlarımızı qorumalıyıq. Vaxtında qoruya bilmədiyimiz onlarla ziyalımız bu düşmən xislətli “goreşənlərin” hədəfində məhv olub getdi.
Azərbaycan millətinin bütün faciələri, onun ziyalısını qoruya bilməməyinin nəticəsində baş verib.
Dünyəvi Bozqurd Partiyası bütün türk millətçilərinə müraciət edərək bildirir ki, millətin ziyalısına qarşı yönəlmiş hər bir təhqirin cavabı həmin anda verilməlidir.
Heç kimin bizim millətimizin yaradıcı insanlarının şəxsiyyətini və yaradıcılığını təhqir etməyə cürəti çatmaz, bu təşəbbüsdə bulunanlar layiqli cavabını alacaqlar”.
Aqil LƏTİFOV




Bu yazı ( 173 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar