12px14px16px18px

Yevlaxda “reket jurnalist”lər həbs edildi

07:30 / 21.04.2012
Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dələduzluqla məşğul olan 3 nəfərdən ibarət cinayətkar qrupu yaxalayıb. Polis şöbəsinin rəis müavini Natiq Həsənov APA-ya bildirib ki, Gəncə şəhər sakinləri, 1949-cu il təvəllüdlü Rzayev Akif Rza oğlu, 1951-ci il təvəllüdlü Rzayev Saday İbrahim oğlu və 1982-ci il təvəllüdlü Rzayev Hüseyn Akif oğlu dələduzluqda təqsirli bilinərək saxlanılıb. Məlumata görə, əməliyyat axtarış tədbirləri Yevlax rayonunun Varvara və Salahlı kənd sakinlərinin Yevlax şəhər 11 saylı Ərazi Vergilər İdarəsinə daxil olan şikayət ərizələri əsasında aparılıb. Rəis müavini Natiq Həsənovun bildirdiyinə görə, dələduzluqla məşğul olan cinayətkar dəstənin üzvləri özlərini həm “Dövlətin yaşadılması” qəzetinin əməkdaşları, həm də Vergilər Nazirliyinin “Vergilərə nəzarət” şöbəsinin işçiləri kimi təqdim edərək müxtəlif regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və mağaza sahiblərindən müəyyən nöqsanlarının olduğunu bəhanə gətirərək xeyli miqdarda pul alıblar.
Aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərin avtomobilindən küllü miqdarda çek və onlara məxsus olan “Dövlətin yaşadılması” qəzetinin vəsiqələri aşkarlanaraq götürülüb. Özünü dəstənin başçısı kimi təqdim edən Akif Rzayev törətdikləri əməllərdən peşman olduğunu və dələduzluq yolu ilə pul aldıqları şəxslərdən üzr istədiklərini bildirib. Cinayətkar qrupun törətdikləri əməllərin sayının artacağı istisna edilmir. Bu məqsədlə Yevlax RPŞ-nin rəsi müavini Natiq Həsənov saxlanılan şəxslərin çirkin əməllərinin qurbanı olan şəxslərə müraciət edib.



Bu yazı ( 173 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar