12px14px16px18px

Rus diplomat Qəbələ RLS-dən danışdı

“RUSİYA İLƏ ABŞ-ın RAKET HÜCUMUNDAN MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞINDA QƏBƏLƏ RLS-in HANSI ROLU OYNAYACAĞINI DEMƏK TEZDİR”

14:47 / 18.04.2012  
“Bizim Qəbələ Radiolokasiya Stansiyasını ABŞ-la birgə işlətmək barədə təkliflərimiz hələ də qüvvəsində qalır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dünən keçirdiyi mətbuat konfransında deyib. Sergey Ryabkov bu təklifin Buş administrasiyası dövründə Rusiya prezidenti Vladimir Putin tərəfindən verildiyini, Obama administrasiyası dövründə də müzakirə olunduğunu xatırladıb: “Təəssüflər olsun ki, ABŞ tərəfi buna müsbət cavab verməyib. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedyev NATO-nun Lissabon sammitində bununla bağlı bir daha təklif verdi. O, ümumiyyətlə, Rusiya və ABŞ-la birgə raket hücumundan müdafiə sistemləri qurmağı təklif etmişdi. Bunun içində Rusiya və ABŞ-ın Qəbələ RLS-i birgə istifadə etməsi barədə təklif, Qəbələ RLS vasitəsi ilə hansı məlumatlar əldə edilirsə, onu ABŞ-la bölüşmək təklif olunmuşdu. Təəssüflər olsun ki, ABŞ və NATO başqa yolu, Şərqi Avropada raket hücumundan müdafiə sistemləri qurmaq yolunu seçdi. Onlar bizsiz yol seçdilər, bu isə onların öz işidir. Amma hadisələrin sonrakı gedişi göstərdi ki, NATO, ABŞ və Rusiyanın birgə maraqları var. Bu maraqlardan biri də Qəbələ RLS-lə bağlıdır. Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Qəbələ RLS-i ABŞ-la birgə işlətmək barədə təklifi indi də öz qüvvəsində qalır. Lakin Qəbələ RLS-in Rusiya ilə ABŞ-ın bu sahədə əməkdaşlığında hansı rolu oynayacağını demək tezdir”.



Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar