12px14px16px18px

“Sivilizasiya” jurnalının ilk sayı işıq üzü görüb

14:43 / 18.04.2012
Azərbaycan dövrü mətbuatının cərgəsinə bir nəşr də əlavə olunub. Bakı Avrasiya Universitetinin “Sivilizasiya” adlı elmi-nəzəri, praktik jurnalının ilk sayı çapdan çıxıb. Redaksiya heyəti ölkəmizin görkəmli tarixçi alim və filosoflarından tərtib olunan yeni dərginin əsas məramı dünya sivilizasiyalarının inkişaf qanunauyğunluqları, Azərbaycanın ədəbi, fəlsəfi fikrinin bəşər mədəniyyəti ilə qarşılıqlı əlaqələri, müasir qloballaşma şəraitində etnos və xalqların milli-mənəvi, əxlaqi dəyərlərinin üzləşdiyi problemlər və s. barədə oxuculara geniş məlumat verməkdir. Jurnalın ilk sayında fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin “Biososial sintez və şumer təfəkkürünün üfüqlərində sossublimasiya”, hüquq elmləri doktoru Nazim Cəfərlinin “Müqayisəli hüququn tədrisi məsələlərinə dair”, filologiya elmləri doktoru Fəxrəddin Veysəllinin “Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal dil problemləri”, tarix elmləri namizədi Aqşin Mehdiyevin “Azərbaycan Avropa Şurası yollarında”, fəlsəfə elmləri namizədi Rövşən Hacıyevin “Ümumbəşəri tarixi inkişafın müasir vektoru”, pedaqogika üzrə elmlər doktoru Nazilə Abdullazadənin “Qloballaşma və əxlaqi-mənəvi dəyərlərin qorunması”, və s. alimlərin dərin məzmunlu analitik məqalə və şəhərləri məqalələri dərc olunmuşdur. Qeyd edək ki, həcmi kifayət qədər böyük olan (10 çap vərəqi) “Sivizasiya” jurnalı Azərbaycan, rus və ingilis dillərində çıxır və əsasən respublika ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və tələbələri arasında pulsuz yayımlanır. Akif ƏhmƏdgil, Bakı Avrasiya Universitetinin əməkdaşı


Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar